Quldurluq etdiklərinə görə tutulmuş F.Saydilovun və V.Mikayılovun oğurluq cinayətləri də törətmələri müəyyən edilmişdir
30.05.2011Quldurluq etdiklərinə görə mayın 30-da Abşeron RPŞ əməkdaşları tərəfinfən tutulmuş Fəqan Saydilovun və Vahid Mikayılovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Esmira Fərzəliyevaya məxsus mağazadan 153 manat, danışıq kartları, ərzaq məhsulları və məişət əşyaları, Hatəm Sultanova məxsus mağazadan 1690 manat dəyərində ətriyyat, Vaqif Quliyevə məxsus avtomaşından isə geyim əşyaları, maqnitofon və monitor oğurlamaları da müəyyən edilmişdir.