Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda qəza hadisəsi baş vermişdir
28.05.2011Mayın 29-da saat 18.20 radələrində Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda Bakı şəhər sakini Qismət Əzizovun idarə etdiyi "VAZ-2106" markalı və Salyan rayon sakini Nurəddin İmanovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və sərnişinlər, Bakı şəhər sakinləri Xalidə Quliyeva, Nicat Quliyev, Zahir Məmmədov, Sevinc Hüseynova, İsmayıl Həsənov, Zəbihə Ramazanova, Fatimə İmanova, Naibə İmanova və Gülnar Əbdülkərimova xəstəxanaya yerləşdirilmişlər.
Q.Əzizova, N.İmanova, F.İmanovaya, N.İmanovaya, X.Quliyevaya, N.Quliyevə, Z.Məmmədova, Z.Ramazanovaya və G.Əbdülkərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.