Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində yol-nəqliyyat hadisəsi
28.05.2011Mayın 29-da saat 21.00 radələrində Nəsimi rayonu Ü.Hacıbəyov küçəsində Bakı şəhər sakini Moqif İsmayılovun idarə etdiyi "KİA" markalı və həmyerlisi Şahismayıl Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış M.İsmayılov və sərnişini Surxay Mustafayev, habelə Ş.Hüseynovun sərnişini Əli İmanov xəstəxanaya yerləşdirilmişlər.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.