Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Elşən Səbzəliyev tutulmuşdur
28.05.2011Mayın 1-dən 29-dək olan müddət ərzində Kürdaxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Yaqub Əhmədova və Qoca Nağıyevə məxsus bağ evlərindən pəncərədən girmək yolu ilə 1 ədəd qaynaq aparatı, 460 metr uzunluğunda elektrik naqili və 1 ədəd su çəni oğurlanmışdır.
Sabunçu RPİ 15-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Səbzəliyev tutulmuşdur.