Balakən rayon sakini Cabbar Əliqayevə bıçaqla xəsərat yetirmiş Ramin Babayev tutulmuşdur
21.05.2011Mayın 21-də saat 23.50 radələrində Binəqədi rayonu ərazisində kirayədə yaşayanlar Balakən rayon sakini Ramin Babayev münaqişə zəminində həmyerlisi Cabbar Əliqayevə bıçaqla xəsərat yetirmişdir. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Babayev tutulmuşdur.