Avtomaşından oğurluq etmiş Bakı şəhər sakini Emin İbrahimov, Beyləqan rayon sakinləri Mərdan Abdullayev və Xəyalə Hüseynova tutulmuşlar
21.05.2011Bakı Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də Yusif Rəsulovun avtomaşınından oğurluq etmiş Bakı şəhər sakini Emin İbrahimov, Beyləqan rayon sakinləri Mərdan Abdullayev və Xəyalə Hüseynova tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların mayın 22-nə keçən gecə Bakı şəhər sakinləri Seymur Axundova məxsus "VAZ-21099" markalı, Tahir Məmmədovaa məxsus "VAZ-2105" markalı, Zaur Xəlilova məxsus "VAZ-21099" markalı, mayın 14-də Nəvai Məsmiyevə məxsus "Opel" markalı avtomaşınlardan oğurluq etmələri də müəyyən edilmişdir.