80 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamış şəxslər tutulmuşlar
20.05.2011Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 21-də 1-ci Zabrat qəsəbəsi ərazisindən keçən, Azəriqaz Səhmdar Cəmiyyətinə məxsus diametri 500 millimetr olan 80 metr uzunluğunda qaz borusunu kəsərək oğurlamış, Abşeron rayon sakini Səfərəli Alışov, Bakı şəhər sakinləri Elman İsayev və Rafiq Cəfərov tutulmuşlar.