Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilinən Şəki şəhər sakini Qalib Qasımovun digər cinayət əməlləri müəyyən edilmişdir

20.05.2011

Mayın 20-nə keçən gecə Şəki şəhər Kommunal Təsərrüfatı Birliyindən pəncərədən girmək yolu ilə  avtomaşın ehtiyyat hissələri oğurlanmışdır. Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Qalib Qasımov tutulmuşdur.  Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin yanvar-may ayları ərzində İ.Nakam adına Mərkəzi Kitabxanadan 1 ədəd elektrik qızdırıcısı və kompyuter hissələri, habelə şəhər sakinləri Rizvan Nağıyevə, Azər Sadıxova, Murad Bayramova, Nüyvər Umarovaya, İradə Gülfura qızına, Fikrət Əhmədova və Yusif Əhmədova məxsus məişət əşyalarını və ərzaq məhsullarını oğurlaması da müəyyən edilmişdir.

20.05.2011 tarixinə olan kriminal məlumatlar