Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi
16.05.2011Saat 08.20 radələrində Salyan rayonu ərazisində İran İslam Respublikasının vətəndaşı Əhəmmədtağı Mağhsadqchalehin idarə etdiyi "MAK" markalı avtomaşınla Salyan rayon sakini Soltan Əhmədovun idarə etdiyi "QAZ-24" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Əhmədov və sərnişini Farəddin Abbasov hadisə yerində ölmüş, digər sərnişinləri Natiq Ədilov, Namiq İbrahimov və Elvin Abbasov isə xəsarətlə xəstəxanaya yerləşdirilmişlər. N.İbrahimov və E.Abbasov orada ölmüş, F.Abbasovun vəziyəti isə ağırdır.