Xızı rayonunun Sitalçay kəndi ərazisindəki dəmir yolu keçidində qəza hadisəsi
16.05.2011Xızı rayonunun Sitalçay kəndi ərazisindəki dəmir yolu keçidində Bakı şəhər sakini Urfan Hüseynov "Mercedes" markalı avtomaşını idarə edərkən onu Bakı-Tümen sərnişin qatarına vurmuşdur. Nəticədə U.Hüseynov və sərnişini Bakı şəhər sakini Fərhad Hüseynov hadisə yerində ölmüşlər.