Mayın 4-də iki avtomaşının təkərlərini sökərək oğurlamış Binəqədi qəsəbə sakini T.Paşayev tutulmuşdur
15.05.2011Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də Elşad Axundova və onun qardaşı Ruslana məxsus "VAZ-2107" markalı avtomaşınların təkərlərini sökərək oğurlamış Binəqədi qəsəbə sakini Tofiq Paşayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Nərgiz Səfərovaya qarşı zor tətbiq edərək içərisində 1400 manat və mobil telefon olan çantasını alması, Nicat Rüstəmovun evindən qızıl əşyaları, Zərövşən Ömərovanın evindən 300 manat və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.