Dini icmanın keçirdiyi qanunsuz tədbirin qarşısı alınmışdır
15.05.2011Mayın 15-də saat 11.00 radələrində Sumqayıt ŞPİ əməkdaşları Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Sumqayıt şəhərindəki nümayəndəsinin iştirakı ilə keçirdikləri tədbir zamanı şəhər ərazisindəki “Göygöl” restoranında “Mədh kilsəsi” dini icmasının 42 nəfər üzvü, icmanın baş məsləhətçisi Bakı şəhər sakini Elçin Paşayevin və onun həyat yoldaşı Afər Paşayevanın təşkilatçılığı ilə toplantı keçirmələri müəyyən edilmişdir.
Tədbirin dini icmanın rəsmi qeydiyyatda olduğu Bakı şəhəri S.Vəzirov küçəsi ev 6 ünvandan kənar yerdə keçirilməsi qanun pozuntusu olduğuna görə qarışısı alınmışdır. Buna görə də Elçin və Afər Paşayevlər barəsində İnzibati Xətalar Məcəlləsinin 299.0.4-cü (dini qurumların qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət gəstərməsi) maddəsi ilə protokol tərtib olunmuş, icmanın 12 nəfər üzvi ilə profilaktiki söhbətlər aparıldıqdan sonra onlar sərbəst buraxılmışlar.
Toplanmış materiallar baxılması üçün aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir.