Balakən rayonunun Katex kəndi ərazisində yol-nəqliyyat hadisəsi
03.05.2011Saat 10.55 radələrində Balakən rayonunun Katex kəndi ərazisində, Zaqatala şəhər sakini Fazil Mollaçiyev, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Zaqatala rayon Avtomobil Sürücülük Məktəbinə məxsus "ZİL-130" markalı yük avtomaşınını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış F.Mollaçiyev və sərnişinləri Qax rayon sakinləri Rəşad Məmmədov, Pərviz Hüseynov, Xəlil Hacıyev, Zaqatala rayon sakinləri Ramin Əmirov, Məcid Qurbanov, Murad Məmmədov, Şaban Abdurəhmanov və Balakən rayon sakini Elcan Mehdiyev xəstəxanaya yerləşdirilmişlər. F.Mollaçiyev orada ölmüş digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.