Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Sadıqov tutulmuşdur
03.05.2011Nəsimi RPİ 21-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 3-də Nicat Cəfərova məxsus "VAZ-2107" markalı avtomaşından geyim əşyaları və ehtiyat təkərini oğurlamış Bakı şəhər sakini Orxan Sadıqov tutulmuşdur. O.Sadıqovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 26-da Ramal Rüstəmova, aprelin 2-də Sabir Rəhimova və aprelin 20-də Anar Hüseynova məxsus avtomaşınlardan da oğurluq etməsi müəyyən edilmişdir.