Nəsimi rayonu ərazisində "VAZ-2107" markalı avtomaşınla "TATRA" markalı yük avtomaşınının toqquşması nəticəsində 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır
02.05.2011Mayın 4-də saat 00.30 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakinləri Elnur Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşın Zöhrab Hüseynovun idarə etdiyi "TATRA" markalı yük avtomaşını ilə toqquşmuşdur. Nəticədə xəsarət almış E.Allahverdiyev və sərnişinlər Çıraq Hacıyev və Nicat Məmmədov xəstəxanaya yerləşdirilmişlər. N.Məmmədov orada ölmüş, digərilərinin vəziyyətləri isə orta-ağırdır.