Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə ilə tutulmuş A.Hüseynovun ətrafında aparılmış əməliyyat tədbiri nəticəsində onun digər üç nəfərlə birgə başqa oğurluq cinayətlərini də törətməsi müəyyən edilmişdir

02.05.2011

Xəzər RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 30-da narkotik vasitə ilə tutulmuş Allahverdi Hüseynovun ətrafında aparılmış əməliyyat tədbiri nəticəsində onun Bakı şəhər sakinləri Asif Danıyev, Sərdar Qəzənfərov və Elşən Məmmədov ilə birgə aprelin 23-də Aliyə Rzayevanın evindən məişət əşyaları, aprelin 25-də Asif Muradovun evindən 200 metr uzunluğunda elektrik naqili və məişət əşyaları, aprelin 29-da Məmməd Həsənova, Yədulla Axundova, Məmməd Mehdiyevə məxsus bağ evlərindən məişət əşyaları, elektrik avadanlıqları, aprelin 30-da Kərim Məmmədova, Tahir Ağayevə məxsus bağ evlərindən elektrik generatoru və məişət əşyaları, cari ilin aprel ayı ərzində Binə qəsəbə sakinləri Yaqub Abbasovun bağ evindən elektrik avadanlıqları, Elman Süleymanovun evindən 1 ədəd su mühərriki, Xaşaxuna bağlar sahəsində Böyükxanım Qurbanovanın həyətindən 1 ədəd su mühərriki, İlham Səfərovun bağ evindən 90 metr uzunluğunda elektrik naqili, Binə qəsəbə sakini Şahvələd Məmmədovun evindən məişət əşyaları və Mərdəkan qəsəbə sakini  Ədalət Şahbazovun evindən 1 ədəd televizor və ev əşyaları oğurlamaları da müəyyən edilmişdir. A.Danıyev, S.Qəzənfərov və E.Məmmədov tutulmuşlar. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

02.05.2011 tarixinə olan kriminal məlumatlar