Ağdaş rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.05.2011Saat 17.30 radələrində Ağdaş rayonu ərazisində, Bərdə rayon sakini Murad Əliyevin idarə etdiyi "İkarus" markalı və Ağdaş rayon sakini Namiq Əhmədxanovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Əhmədxanov hadisə yerində ölmüş, xəsarət almış sərnişini - qızı 2011-ci il təvəllüdlü Nuray isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.