Aprelin 26-da Malik Əsədovu bıçaqla qətlə yetirmiş - qardaşı Ədalətə və Bakı şəhər sakini Kərim Əliyevə isə xəsarət yetirmiş Bakı şəhər sakini Rəşad Həsənov tutulmuşdur
01.05.2011DİN Baş Cinayət-Axtarış İdarəsi, Baş Prokurorluq və Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da Malik Əsədovu bıçaqla qətlə yetirmiş - qardaşı Ədalətə və Bakı şəhər sakini Kərim Əliyevə isə xəsarət yetirmiş Bakı şəhər sakini Rəşad Həsənov tutulmuş, cinayətin digər iştirakçılarının isə şəxsiyyətləri müəyyən edilmişdir.