Arvadı Yazgülü qətlə yetirməkdə şübhəli bilinən Vahid Məmmədov tutulmuşdur
28.04.2011Aprelin 29-da saat 12.00 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində, Yazgül Məmmədova əmisinin oğlu Şəmistan Osmanovun mənzilində olarkən, oraya gəlmiş Binə qəsəbəsində yeni yaşayış sahəsində tikilmiş evlərdən birində yaşayan boşanma ərəfəsində olan əri Vahid Məmmədov ilə aralarında münaqişə baş vermişdir. Bu zaman V.Məmmədov bıçaqla Yazgülü qətlə yetirib hadisə yerindən qaçmışdır. Qaradağ RPİ 38-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Məmmədov tutulmuşdur.