Goranboy rayonunun Veyisli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.04.2011Saat 11.10 radələrində Goranboy rayonunun Veyisli kəndi ərazisində, kənd sakini Rəşadət İbrahimovun idarə etdiyi "VAZ-21015" markalı və Rəhimli kənd sakini Pərviz Məmmədovun idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və R.İbrahimovun sərnişini - atası Zaman xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.