Aprelin 21-də sürücü R.Hacıyevə qarşı zor tətbiq edərək pulunu almış şəxslər tutulmuşlar
25.04.2011Nərimanov RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Rəşad Hacıyevin idarə etdiyi "AzSamand" markalı avtomaşına sərnişin qisimində oturub ona qarşı zor tətbiq edərək 200 manatını almış Bakı şəhər sakinləri Vüsal Məmmədov, Xəyyam Hüseynzadə, Lənkaran rayon sakini Elçin Quliyev və Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Bəyəliyev tutulmuşlar.