Xətai rayonu ərazisində E.Ağayevi, R.Rüstəmovu və E.Məmişovu döyərək sonuncunun pulunu əlindən almış Qasımov qardaşları tutulmuşlar
25.04.2011Aprelin 26-da Xətai rayonu ərazisində naməlum şəxslər tərəfindən Quba rayon sakini Elgün Ağayev, Ağstafa rayon sakinləri Ramin Rüstəmov və Emin Məmişov döyülmüş və E.Məmişovun 600 manatı alınmışdır. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri İlkin Qasımov, qardaşları Elçin və Tural tutulmuşlar.