Yevlax şəhər sakini A.Mustafayev Telekommunikasiya Qovşağına məxsus rabitə kabelini oğurladığına görə tutulmuşdur
25.04.2011Aprelin 26-na keçən gecə Yevlax şəhəri ərazisində Yevlax Telekommunikasiya Qovşağına məxsus dirəklərdən rabitə kabelinin 180 metrlik hissəsi kəsilərək oğurlanmışdır. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Aqil Mustafayev tutulmuşdur.