Siyəzən rayonu ərazisində yol-nəqliyyat hadisəsi
23.04.2011Aprelin 25-də saat 01.20 radələrində Siyəzən rayonu ərazisində Tanrıverdi Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı səddə vurmuşdur. Nəticədə sərnişinləri qardaşı Xəyyam Məmmədov, onun arvadı Ülviyyə hadisə yerində ölmüş, xəsarət almış T.Məmmədov və arvadı Vəfa isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.