Ağstafa şəhər sakini Sadiqi Bəhmənə məxsus mağazada məişətdə istifadə olunan qaz balonunun sızmasından ani partlayış baş vermişdir
23.04.2011Ağstafa şəhərinin ərazisində, şəhər sakini Sadiqi Bəhmənə məxsus mağazada məişətdə istifadə olunan qaz balonunun sızmasından ani partlayış baş vermişdir. Nəticədə dağıntı olmamışdır. Lakin orada olan B.Sadiqinin oğlu Anar, Ağstafa şəhər sakinləri Ceyhun Əliyev və Elnur Orucov xəsarət almışlar. Onlar xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.