Şükür Məmmədov 3 ədəd "Relanium" ampulasını və 5 ədəd "Qlyuferal" psixotrop həbini satarkən tutulmuşdur
21.04.2011DİN Baş Narkotiklərə Mübarizə İdarəsi və onun Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Tovuz rayonunun Aşağı Ayıblı kəndindəki "Tovuz 688" saylı aptekin nəzdində olan 2 saylı məntəqənin müdiri Şükür Məmmədov 3 ədəd "Relanium" ampulasını və 5 ədəd "Qlyuferal" psixotrop həbini satarkən tutulmuşdur. Aptekə baxış zamanı 27 adda psixotrop, 47 adda isə istifadə müddətinin vaxtı keçmiş dərmanlar aşkar edilərək götürülmüşdür.