Salyan rayonunun Yenikənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi
21.04.2011Saat 10.00 radələrində Salyan rayonunun Yenikənd kəndi ərazisində, Cəlilabad rayon sakini Elçin Ağayev "VAZ-2107" markalı avtomaşınını yolun əks istiqaməti ilə idarə edərkən, onu yolun kənarında dayanmış Rusiya Federasiyasının vətəndaşı Maqomed Qazımaqomedova məxsus "Mercedes" markalı yük avtomaşınına vurmuşdur. Nəticədə E.Ağayevin xəsarət almış sərnişini Yusif Əliyev xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.