Gün ərzində 60 cinayət faktı qeydə alınmışdır
13.04.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınmış, onların da 31-i “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər yaralanmışdır.
- 5 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 30 nəfər tutulmuşdur.