Oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri Vasif İbrahimov və Samir Almuradov tutulmuşlar
13.04.2011Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də "Xalqlar Dostluğu" yarmarkasında Bakı şəhər sakini Afət İmanovanın cibindən oğurluğa cəhd göstərmiş Sumqayıt şəhər sakinləri Vasif İbrahimov və Samir Almuradov tutulmuşlar.
V.İbrahimovun və S.Almuradovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların həmin gün Bakı şəhər sakinləri Sevda Əbdülrəhimovaya məxsus mobil telefonu və Elmira Babayevaya məxsus 155 manatı da oğurlamaları müəyyən edilmişdir.