Gəncə şəhər sakini Rafiq Xudaquliyev və Bakı şəhər sakini Zahid Həsənov saxlanılmışlar
13.04.2011DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Rafiq Xudaquliyev və Bakı şəhər sakini Zahid Həsənov əlbir olaraq Günel Məmmədovanın adına tərtib edilmiş Gəncə Baza İnşaat Texnikumunun diplomunu 5000 dollara satdıqlarına görə saxlanılmışlar.