Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
12.04.2011Aprelin 13-də saat 18.30 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Nadir Məmmədovun idarə etdiyi "KİA" markalı və həmyerlisi Nahid Əmirovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə N.Əmirovun sərnişini, arvadı Aynurə Camalova hadisə yerində ölmüş, xəsarət almış N.Əmirov, habelə N.Məmmədovun sərnişinləri, Sumqayıt şəhər sakini Əli Rəhimov isə xəstəxanaya yerləşdirilmişlər. N.Əmirova ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, digərinin vəziyyəti isə ağırdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.