Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
12.04.2011Aprelin 13-də saat 14.00 radələrində Xəzər rayonu Qala qəsəbəsinin ərazisində Bakı şəhər sakini Mətləb Fərəcov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını yolun əks istiqamətində dayanmış həmyerlisi Bağır Tağıyevə məxsus "Toyota-Prado" markalı avtomaşına vurmuşdur. Nəticədə M.Fərəcov və sərnişinləri, Zirə qəsəbə sakini Miyasət Babayeva, Astara rayon sakini Yeganə Camalova hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Bəxtiyar Əzizov, habelə B.Tağıyev xəstəxanaya yerləşdirilmişlər.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.