Masazır qəsəbə sakini Akif Mehdiyevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Natiq Pənahov tutulmuşdur
05.04.2011Fevralın 27-də Yasamal rayonu Tbilisi prospektində Natiq adlı şəxsin Masazır qəsəbə sakini Akif Mehdiyevə bıçaqla xəsarət yetirməsi barədə polisə verilmiş məlumatla əlaqədar DİN-in Çevik Polis Alayı və Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Natiq Pənahov tutulmuşdur.