Ağdam rayonunun Zəngişalı kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
05.04.2011Aprelin 6-da saat 17.30 radələrində Ağdam rayonunun Zəngişalı kəndinin ərazisində Rzalar kənd sakini Bəylər Süleymanov idarə etdiyi "QAZ-24" markalı avtomaşını yolun kənarındakı mağazanın divarına çırpmış, sonradan idarəetməni itirərək hadisə yerinin yaxınlığında olan Şuşa rayon sakini Etibar İsmayılovu və Zəngişalı kənd sakini Ceyhun Mahmudovu vurmuşdur. Nəticədə xəsarət almış E.İsmayılov və C.Mahmudov xəstəxanaya yerləşdirilmişlər. C.Mahmudov orada ölmüşdür.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.