Mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Səfərov tutulmuşdur
04.03.2011Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də metronun "28 May" və "Nizami" stansiyalarının ərazisində Bakı şəhər sakinləri Afərdə Məlikzadəyə, Nuriyyə Nəsibovaya və Nilufər Məmmədliyə məxsus mobil telefonları ciblərindən oğurlamaqda şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Elşən Səfərov tutulmuşdur.