Zaqatala rayonunun Muxax kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.03.2011Martın 4-də saat 12.00 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində kənd sakini İlkin Həmzəyev idarə etdiyi "Opel-Vectra" markalı avtomaşınla həmyerliləri Famil Ömərovu və Nurlan Mamuyevi vurmuşdur. Nəticədə F.Ömərov hadisə yerində ölmüş, xəsarət almış N.Mamuyev və İ.Həmzəyev isə xəstəxanaya yerləşdirilmişlər. İ.Həmzəyevə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmış, N.Mamuyevin vəziyyəti isə qənaətbəxşdir.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.