Gün ərzində 11 cinayət faktı qeydə alınmışdır
02.07.2006Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 11 cinayət faktı qeydə alınmışdır ki, onların da 3-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 9 nəfər ölmüş, 27 nəfər isə yaralanmışdır. Gün ərzində 7 yanğın hadisəsi qeydə alınmışdır, nəticədə 4 nəfər yaralanmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 13 nəfər tutulmuşdur.