Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində yol-qəza hadisəsi
02.07.2006Saat 05:30 radələrində, Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində, Bakı şəhər sakinləri Kamal Rəsulovun idarə etdiyi "Reno" markalı və Rövşən Umayevin idarə etdiyi "Tofaş" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə K.Rəsulov və sərnişinləri, Bakı şəhər sakinləri Rəşad Bağırov, Emin Cəfərov və Xaçmaz rayon sakini Əziz Seyidov hadisə yerində ölmüş, xəsarət almış digər sürücü R.Umayev və sərnişinləri, Xaçmaz şəhər sakinləri Ruslan Fikirov, Ədalət Novruzov və Bakı şəhər sakini Tərlan İsmayılov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.