Kürdəmir rayonu ərazisində yol-nəqliyyat hadisəsi
29.11.2010Noyabrın 29-da saat 21.10 radələrində Kürdəmir rayonu ərazisində Mingəçevir şəhər sakini Mustafa Fəxrəddinovun idarə etdiyi "Mercedes-220" markalı və Kürdəmir rayon sakini Elnur Həsənovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə M.Fəxrəddinovun sərnişini, Ucar rayon sakini Sərdar Nəsirov hadisə yerində ölmüş, xəsarət almış digər sərnişini Şəlalə Fəxrəddinova, habelə E.Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.