Rəhim Adıgözəlovu odlu silahdan qətlə yetirmiş, onun oğlu Balabəyə isə küt alətlə xəsarət yetirib hadisə yerindən qaçmış Rövşən Əliyev könüllü olaraq təslim olmuşdur
29.11.2010Abşeron RPŞ və rayon Prokurorluğu əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Rəhim Adıgözəlovu odlu silahdan qətlə yetirmiş, onun oğlu Balabəyə isə küt alətlə xəsarət yetirib hadisə yerindən qaçmış Rövşən Əliyev könüllü olaraq Abşeron rayon Prokurorluğuna gələrək istintaqa təslim olmuş və cinayətdə istifadə etdiyi 1 ədəd "Makarov" tapançasını təhvil vermişdir.