Qusar rayonunun Ləyər-Qışlaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.11.2010Noyabrın 28-də saat 20.55 radələrində Qusar rayonunun Ləyər-Qışlaq kəndi ərazisində rayon sakini Şəmsi Qurbanov "Mercedes-600" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə Ş.Qurbanov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Bakı şəhər sakini Aleksey Kozlov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.