Masallı rayonunun Əhmədli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
28.11.2010Noyabrın 28-də saat 19.30 radələrində Masallı rayonunun Əhmədli kəndi ərazisində Təklə kənd sakini Elnur Niyazov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Mollahəsənli kənd sakini Seyfəddin İbrahimova məxsus "QAZ-53" markalı avtomaşına vurmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və E.Niyazovun sərnişinləri, həmkəndlisi Rahət İbayev, Xırmandalı kənd sakinləri Elşad Nəzərov və Maarif Qurbanov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.
Masallı RPŞ tərəfindən araşdırma aparılır.