Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 20 cinayət faktı qeydə alınmışdır

08.11.2009

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 13-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 5 cinayətin üstü açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.