Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan gölündən üç nəfərin meyiti çıxarılmışdır

08.11.2009

Saat 08.00 radələrində Şamaxı şəhəri Şirvan küçəsində yaşayan Məlahət Məmmədşurinin evində ailə-məişət münasibətləri zəminində mübahisə baş vermişdir. Bununla əlaqədar əvvəlcə onun qızı Tünzalə oğlu Elvinlə, sonradan isə anası Məlahət evdən çıxmışlar. Tünzalənin oğlu ilə birgə özlərini Şirvan gölünə atmasını görən anası Məlahət də özünü gölə atmışdır. Onların meyitləri göldən çıxarılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.