Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Boya-Daş Sexinə basqın etmiş Əhmədağa Əhmədovun və Pərviz Musayevin digər cinayət əməlləri müəyyən edilmişdir

08.11.2009

DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Binəqədi RPİ və Sumqayıt ŞPİ əməkdaşları tərəfindən Boya-Daş Sexinə basqın edərək oranın gözətçisi Göyüş Nəzərovu bıçaqla hədələyərək içərisində pul olan seyfi apardıqlarına görə tutulmuş Əhmədağa Əhmədovun və Pərviz Musayevin ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların M.Ə.Rəsulzadə qəsəbə sakini Rüfət Babayev və Ceyhun adlı şəxslə birgə “Parlaq-2” Mənzil-Tikinti Kombinatının mühafizəçisi Sadıx Məmmədova bıçaqla xəsarət yetirib, oradakı seyfi, habelə “Murad Aqro” Quşçuluq Firmasının ofisinin gözətçiləri Dünyamalı Rzayevin və Ramil Rzayevin əllərini bağlayaraq işərisində sənədlər olan 2 ədəd seyfi aparmaları, habelə Ədliyyə Nazirliyinin 27 saylı Dövlət Notariat Kontorundan oğurluq etmələri müəyyən edilmişdir.