Şirvan gölündən üç nəfərin meyiti çıxarılmışdır
08.11.2009 Saat 08.00 radələrində Şamaxı şəhəri Şirvan küçəsində yaşayan Məlahət Məmmədşurinin evində ailə-məişət münasibətləri zəminində mübahisə baş vermişdir. Bununla əlaqədar əvvəlcə onun qızı Tünzalə oğlu Elvinlə, sonradan isə anası Məlahət evdən çıxmışlar. Tünzalənin oğlu ilə birgə özlərini Şirvan gölünə atmasını görən anası Məlahət də özünü gölə atmışdır. Onların meyitləri göldən çıxarılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.