Azərbaycan, Qazaxıstan respublikalarında və Rusya Federasiyasında axtarışda olan Şəmkir rayon sakini Fəzail Fərzalıyev Sumqayıt şəhəri ərazisində tutulmuşdur
01.03.2009 DİN-in Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələrinin, Şəmkir RPŞ, Abşeron RPŞ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145 (quldurluq), 220 (qanunsuz odlu silah gəzdirmə), 226-1-ci (qanunsuz olaraq narkotik vasitələri saxlama) maddələri maddələri, habelə Rusiya Federasiyasında və Qazaxıstan Respublikasında qəsdən adam öldürməyə görə 1998-ci ildən axtarışda olan Şəmkir rayon sakini Fəzail Fərzalıyev Sumqayıt şəhəri ərazisində tutulmuşdur.