Bərdə rayonu ərazisində yol-nəqliyyat hadisəsi
01.03.2009 Saat 22.00 radələrində Bərdə rayonu ərazisində rayon sakini Zaur Qurbanov "QAZ-3110" markalı avtomaşını idarə edərkən həmyerlisi Mehman Təhməzovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş M.Təhməzov orada ölmüşdür. Bərdə RPŞ tərəfindən araşdırmalar aparılır.