Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20261106135649.jpg

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb

06.11.2026

Daxili işlər və prokurorluq orqanları, o cümlədən Nəsimi Rayon Polis İdarəsi və rayon prokurorluğu tərəfindən peşəkar şəkildə birgə həyata keçirilmiş kompleks istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

Belə ki, 7 oktyabr 2002-ci il tarixdə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) inzibati binasının həyətində mühafizəçi Məhəmmədəli Məhərrəmovun kəsici-deşici alətlə qəsdən öldürülməsi, ali tədris müəssisəsinin inzibati binasından müxtəlif əşyaların oğurlanması faktına dair Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin icraatı təzələnərək çoxsaylı prosessual hərəkətlər icra olunub. 

Həyata keçirilən tədbirləri nəticəsində əldə olunan dəlillərin təhlili nəticəsində qeyd olunan cinayətin həmin ali tədris müəssisəsindən 1997-ci ildə xaric olunmuş, əvvəllər müxtəlif cinayətlərə görə bir neçə dəfə məhkum olunmuş, 1979-cu il təvəllüdlü Cahangirov Vüqar Rəhim oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Cahangirov cari il noyabrın 4-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulub, noyabrın 6-da isə Cinayət Məcəlləsinin 120.2.3, (zərərçəkmiş şəxsi xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.5 (tamah məqsədilə qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Ən son press-relizlər