Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:
image_20261026094751.jpg

Daxili işlər orqanları və prokurorluq tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.

22.10.2026

25 il əvvəl törədilmiş qətlin üstü açılıb
Daxili işlər orqanları və prokurorluq tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon polis idarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.

Həyata keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin edilib.
Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Zeynalov 20 oktyabr 2026-cı ildə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

Oktyabrın 22-də R.Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib. 
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Nəsimi rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir. 

Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə birgə zəruri tədbirlər davam etdirilir.

Ən son press-relizlər